Yaponiya iddia edir ki, KXDR ballistik raket sınağı keçirib

Yaponiya iddia edir ki, KXDR ballistik raket sınağı keçirib

3 Mart 2020 10:25
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiya Koreya yarımadasındakı vəziyyətdən narahatdır.

Oxuməni.az vesti.ru-ya istinadən xəbər verir ki, Koreya Mərkəzi Teleqraf Agentliyi uzaq məsafəli artilleriya tətbiq etməklə hərbi təlimlər faktını təsdiqləyib.

Təlimə ölkənin lideri Kim Çen Inın şəxsən rəhbərlik etdiyi bildirilir. Nəticədə o, artilleriyaçıların hazırlığından razı qaldı və KXDR ordusunun döyüş hazırlığını gücləndirmək niyyətini təsdiqlədi.

Tokioda isə əmindirlər ki, artilleriya atışları adı altında Pxenyan iki kiçik mənzilli ballistik raketi sınaqdan çıxarıb. 2019-cu ildə KXDR-də 13 raket sınaqdan keçirilib ki, bu sınaqlar zamanı 24 ballistik raket işə salınıb.

Oxuməni.az