F-35-lər rus qırıcılarına müdaxilə etdi

F-35-lər rus qırıcılarına müdaxilə etdi

13 Mart 2020 16:41
Bəyəndim (0) Bəyənmədim (0)

Norveç Hərbi Hava Qüvvələrinin Rusiyaya aid iki Tu-142 dəniz kəşfiyyat təyyarəsi və MİQ-31 qırıcısına ABŞ istehsalı F-35-lərlə müdaxilə edib.

Oxuməni.az xəbər verir ki, bu proses F-35-lərlə Rusiya qırıcılarına ilk müdaxilə olaraq tarixə düşüb.

Məsələ ilə bağlı açıqlama verən Norveç Hərbi Hava Qüvvələrinin rəhbəri Tonye Skinnarland da ölkəsinin hava sahəsindəki təhlükəsizliyini təmin etmək üçün Orland stansiyasına əlavə F-35-lərin gətirildiyini açıqlayıb.

Xatırladaq ki, ötən həftə Norveç Hərbi Hava Qüvvələri Rusiyaya aid iki Tu-142 dəniz kəşfiyyat təyyarəsi və MİQ-31 qırıcısına müdaxilə etmişdi. Daha sonra isə İngiltərəyə məxsus 2 "Tayfun" tipli döyüş təyyarəsi Rusiya qırıcılarını izləmişdi.

Oxuməni.az