Liviyada BƏƏ-yə məxsus PUA vuruldu

Liviyada BƏƏ-yə məxsus PUA vuruldu

17 Aprel 2020 14:41
Bəyəndim (0) Bəyənmədim (0)

Liviyada Milli Razılıq Hökumətinə bağlı qüvvələr Ayn Zara bölgəsində Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsus pilotsuz uçan aparatı (PAU) vurub.

Oxuməni.az xəbər verir ki, bunu Ayn Zara bölgəsinin komandiri Yusif əl-Emin deyib.

Digər tərəfdən, hakimiyyətə bağlı “Qəzab vulkanı” əməliyyat qərargahının sözçüsü Mustafa əl-Məcii açıqlamasında hökumət qüvvələrinin paytaxt Tripolinin cənubunda irəlilədiyini bildirib.

O qeyd edib ki, hökumət qüvvələri geri aldığı ərazilərdə möhkəmlənib:

“Qiyamçı Xəlifə Haftara bağlı silahlı qüvvələr əvvəllər bu bölgələrdən istifadə etməklə mülki əhalinin həyatına təhlükə yaradıb”.

Oxuməni.az