Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində 19 hərbçi həlak olub

Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində 19 hərbçi həlak olub

22 Aprel 2020 12:46
Bəyəndim (0) Bəyənmədim (0)

Əfqanıstanda "Taliban” silahlıları ilə ordu qüvvələri arasında bir neçə bölgədə toqquşmalar qeydə alınıb.

Toqquşmalar nəticəsində azı 19 hərbçi həlak olub. Onlardan 11 hərbçi ölkənin şimalındakı Sari-Pul əyalətində həlak olub. Daha 8 nəfər isə Loqar əyalətində nəzarət-buraxılış məntəqəsinə hücum zamanı həyatını itirib.

Bundan başqa, Qəndəhar əyalətində üç ayrı bölgədə "Taliban”ın hücumlarının qarşısı alınıb. Ümumilikdə 31 silahlı zərərsizləşdirilib.

Oxuməni.az