Haftara silah daşıyan təyyarə vuruldu

Haftara silah daşıyan təyyarə vuruldu

7 May 2020 10:17
Bəyəndim (1) Bəyənmədim (0)

Liviyada hökumət qüvvələri qiyamçı Xəlifə Haftar muzdlularına silah-sursat daşıyan “Antonov” tipli yük təyyarəsini vurub.

Oxuməni.az xəbər verir ki, bu barədə hökumətə bağlı “Qəzəb vulkanı” əməliyyat qərargahının mətbuat mərkəzi məlumat yayıb.

“Təyyarə Tarhuna hava limanına endikdən sonra vurulub. Vurulduqdan sonra təyyarənin içindəki silah-sursat partlamağa başlayıb. Haftar ordusunun sözçüsü Əhməd əl-Mismarinin təyyarədə tibbi ləvazimatların olması ilə bağlı açıqlaması həqiqəti əks etdirmir”, - məlumatda bildirilib.

Oxuməni.az