Rusiya Əsədin əsgərlərini Liviyaya göndərir

Rusiya Əsədin əsgərlərini Liviyaya göndərir

7 May 2020 15:51
Bəyəndim (1) Bəyənmədim (0)

Rusiya Suriyada Əsəd rejimi tərəfində vuruşan muzdlu əsgərləri Liviyaya göndərməyi planlaşdırır.

Oxuməni.az xəbər verir ki, bu barədə “Star” nəşri məlumat yayıb. Bildirilir ki, Dəra vilayətində bir sıra yüksək rütbəli rus hərbçilər Əsəd rejiminə pul qarşılığında xidmət edən əsgərlərlə iclas keçirib.

Danışıqlar zamanı Rusiya silahlı qruplaşma üzvlərinə Liviyada qiyamçı Xəlifə Haftar tərəfində vuruşmaları qarşılığında aylıq 1000 dollar və 3 aylıq müqavilə təklif edib. Bir qrup təklifi qəbul etsə də, bəziləri qarşı çıxıb.

Məlumata görə, təklifi qəbul edənlər hazırda Dərada daha çox muzdlu əsgər toplamaq üçün çalışır. Muzdlu əsgərlərin Suriyadakı Rusiyaya məxsus bazalarda təlim keçdikdən sonra Liviyaya göndəriləcəyi deyilir.

Oxuməni.az