Rusiya Haftara yardımı dayandırdı

Rusiya Haftara yardımı dayandırdı

8 İyun 2020 12:05
Bəyəndim (0) Bəyənmədim (0)

Qiyamçı Haftar ordusunun sözçüsü Əhməd əl-Mismari Liviya Silahlı Qüvvələrinin Tərxunə şəhərini hərbi güc hesabına ələ keçirmədiyini bildirərək, müttəfiqlərinin onları məyus etdiyini, köməksiz qoyduğunu bildirib.

Oxuməni.az xəbər verir ki, Mismari müttəfiq dövlətlərin (BƏƏ, Rusiya, Misir və s.) Liviyadakı hərbi qüvvələrini geri çəkməyə başladığını deyib.

Ölkədəki vəziyyətin qiyamçıların əleyhinə dəyişdiyini bildirən Mismari, yenidən hökumətlə dialoq masasına qayıda biləcəklərini vurğulayıb.

O, Liviya Silahlı Qüvvələrinin Türkiyədən aldığı silahlar hesabına durumu öz xeyrinə dəyişdiyini iddia edib.

Bir neçə gün əvvəl Liviyanın hökumət qüvvələri Vətiyyə hərbi hava bazasından sonra strateji əhəmiyyətli Tərxunə şəhərinə də nəzarəti bərpa edib.

Oxuməni.az