İdlibdə gərginlik

İdlibdə gərginlik

25 İyun 2020 14:25
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə ordusu "Sülh çeşməsi" əməliyyat bölgəsində bomba ilə yüklü olan yük maşınını partladıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Sülh çeşməsi" əməliyyat bölgəsindəki M-4 magistralının şimalında qanunsuz hərəkət edən yük maşını aşkarlanıb. Arxası açıq və neft çənləri olan yük maşını mülki əhalinin olduğu yaşayış məntəqəsi istiqamətində sürətli şəkildə hərəkət etdiyi üçün bölgədəki Türkiyə hərbçiləri tərəfindən xəbərdarlıq atəşi açılıb. Buna baxmayaraq, dayanmayan və mülki əhalinin olduğu bölgəyə hərəkət edən yük maşınında bomba olduğu qənaətinə gəlinib. Belə olduqda, dinc əhalinin zərər görməməsi üçün yük maşını tank əleyhinə silahla vurularaq məhv edilib", - məlumatda qeyd olunub.

Oxuməni.az