Azərbaycan Ordusunun əsgəri minaya düşüb şəhid oldu

Azərbaycan Ordusunun əsgəri minaya düşüb şəhid oldu

28 Fevral 2021 11:48
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Musayev Səhman Qəşəm oğlu minaya düşərək şəhid olub.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu barədə "Qafqazinfo"ya Səhman Musayevin yaxınları bildiriblər.

Tərxis olunmasına 1 ay qalmış əsgərin Füzuli istiqamətində minaya düşdüyü bildirilib. Şəhidimizin nəşi doğulduğu Göygöl rayonuna gətirilib, bu dəqiqələrdə vida mərasimi keçirilir.

Səhman Musayev Göygölün Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

Müdafiə Nazirliyindən isə bildirilib ki, hadisə ilə bağlı məlumat veriləcək.