Nəcməddin Sadıqov ölkədən necə çıxa bilib? – Polkovnik

Nəcməddin Sadıqov ölkədən necə çıxa bilib? – Polkovnik

23 Mart 2021 15:44
Bəyəndim (0) Bəyənmədim (0)

Silahlı Qüvvələrimizin Baş Qərargahının sabiq rəisi, general-polkovnik Nəcməddin Sadıqovun Dubayda istirahət etdiyi ilə bağlı yayılan görüntülərdə qeyri-adi heç nə yoxdur.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu sözləri ehtiyatda olan polkovnik Şair Ramaldanov general-polkovnik Nəcməddin Sadıqovun Dubayda istirahət etməsi ilə bağlı yayılan görüntülər haqda danışarkən deyib.

“General-polkovnik” rütbəsi daşıyan və uzun illər Baş Qərargaha rəhbərlik edən şəxsin hərbi sirləri özündə daşıdığını təsdiqləyən polkovnik bu statusda olan insanların ölkədən çıxışının nəzarətdən kənar olmadığını qeyd edib:

“Nəcməddin Sadıqov bu gün Dubaydadırsa, demək, ona ölkədən çıxmaq üçün icazə verilib. Buna görə də mən burada qeyri-adi nəsə bir şey görmürəm”.

Oxuməni.az