“Qarabağ” Budapeştdən gələbə ilə qayıdır

“Qarabağ” Budapeştdən gələbə ilə qayıdır

09:51
Bəyəndim (2) Bəyənmədim (0)

Budapeştin “Groupama Arena” stadionunda Çempionlar Liqasının pley-off mərhələsinin Macarıstanın “Ferensvaroş”u ilə Azərbaycan çempionu “Qarabağ” arasında ilk oyunu başa çatıb. Matçını portuqaliyalı Joau Pineyrunun rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.
Necə ki, üç il əvvəl Qurban Qurbanovun komandası 3:1 hesabı ilə qalib gəldi!
Qarşılaşmada hesabı meydan sahibləri açıb - 29-cu dəqiqədə Barnabaş Varqa fərqlənib.
İkinci hissədə qonaqlar hesabı bərabərləşdiriblər - 50-ci dəqiqədə Marko Yankoviç fərqlənib. 67-ci dəqiqədə Kevin Mədinə “Qarabağ”ı hesabda önə keçirib, 85-ci dəqiqədə isə Musa Qurbanlı yekun hesabı müəyyənləşdirib.
Komandaların cavab oyunu avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qalib UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksələcək, uduzan isə Avropa Liqasının əsas mərhələsində oynamağa davam edəcək.

Almaz Həsənli