UEFA Çempionlar Liqası: “Qarabağ” - “Ferençvaroş”

UEFA Çempionlar Liqası: “Qarabağ” - “Ferençvaroş”

10:40
Bəyəndim (3) Bəyənmədim (0)


Bu gün saat 20:45-də UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında Azərbaycanın "Qarabağ" klubu doğma meydanda Macarıstanın “Ferençvaroş” klubu ilə qarşılaşacaq.
Qarşılaşma Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Budapeştdə keçirilən ilk oyunda Qurban Qurbanovun yetirmələri 3:1 hesabı ilə qalib gəlib.
Bugünkü oyunu məşhur hakim Klement Turpinin rəhbərlik etdiyi Fransadan olan hakimlər briqadası idarə edəcək.
Cütlüyün qalibi Çempionlar Liqasının əsas mərhələsinə yüksələcək, uduzan isə Avropa Liqasının əsas mərhələsində çıxış edəcək.
Almaz Həsənli