
Ançelotti Braziliya millisinə Neymar və Rodriqonu çağırmamasının səbəbini açıqlayıb
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti hücumçular Neymar və Rodriqonun sentyabrdakı oyunlar üçün milliyə çağırılmamasına münasibət bildirib. By barədə “sport-express.ru” xəbər verir.
"Mən Neymar və Rodriqo ilə danışmamışam. Onlar bilirlər ki, nəyə can atmalıyıq. Biz yaxşı fiziki formada olmalıyıq. Bunu onlara izah etməyə ehtiyacım yoxdur. Əgər izahat lazımdırsa, mənə zəng etsinlər - mənim nömrəm onlardadır", - Teradeportes Ançelottinin sözlərini sitat gətirir.
Braziliya millisi sentyabrın 5-də Çili ilə, 10-da isə Boliviya ilə qarşılaşacaq.
Almaz Həsənli
Digər xəbərlər