
Tayvanda etiraz aksiyaları keçirilib
Tayvanda 70 min adam etiraz aksiyası keçirib. Etiraz aksiyasına səbəb müxalifət tərəfindən qanunvericiliyə edilən dəyişikliklər olub. Qanunvericiliyə edilən dəyişikliklərə görə ölkə parlamentinin səlahiyyətləri genişləndiriləcək. Bu isə ölkə ictimaiyyəti tərəfindən insan hüquqlarının, azad sözün məhdudiyyətləşdirilməsi kimi dəyərləndirilir.
Buna baxmayaraq müxalifətin çoxluq təşkil etdiyi Birpalatalı parlament (Yuan) qanuna edilən dəyişikiyi təsdiqləyib.
Öz növbəsində Hakim Demokratik Tərəqqi Partiyası və İcra Yuan (hökumət kabineti) qanuna yenidən baxılması üçün geri göndərməyə hazırlaşdıqlarını bəyan ediblər.
Oxuməni.az
Digər xəbərlər