
Putin ciddi şəkildə xəbərdarlıq edib
Prezident Co Bayden Ukraynanın Rusiya ərazisində bəzi Amerika silahlarından istifadəsinə razılıq verib. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, ABŞ bu qərardan sonra Rusiyanın etdiyi xəbərdarlıqları ciddi nəzərə almalıdır.
Bundan sonra Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov mətbuata açıqlama verib:
"Mən Amerika liderlərini ölümcül nəticələrə səbəb ola biləcək səhv hesablamalara qarşı xəbərdar etmək istəyirəm. Səbəbini bilmirəm, lakin onlar qarşılaşa biləcəkləri hadisələrin şiddətini lazımi səviyyədə qiymətləndirmirlər".
Xatırladaq ki, ötən həftə Rusiya prezidenti Vladimir Putin NATO ölkələrinin odla oynadıqlarını bildirib...
Oxuməni.az
Digər xəbərlər