
Rusiya qüvvələri Donetskdə iki yaşayış məntəqəsini ələ keçirib
Rusiya ordusu Donetsk vilayətində iki yaşayış məntəqələrini ələ keçirib. Rusiya Müdafiə Nazirliyi də 138 bölgədə Ukrayna əsgər və texnikasının zərərsizləşdirildiyini açıqlayıb.
Nazirlikdən verilən açıqlamada Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı hərəkətləri ilə bağlı məlumat verilib.
Rusiya ordusunun bəzi yaşayış və mühüm məntəqələrini nəzarətə götürdüyü qeyd edilən açıqlamada, “Mərkəz hərbi birləşmələri fəal əməliyyatlar zamanı Donetsk Xalq Respublikasının “Tərəqqi” və “Yevgenovka” yaşayış məntəqələrini azad edib” deyə bildirilib.
Açıqlamada ABŞ istehsalı olan “Patriot” hava hücumundan müdafiə raket sisteminin radar stansiyasına operativ-taktiki aviasiya elementləri, pilotsuz uçuş aparatları (PUA), raket və artilleriya bölmələrinin də zərbələr endirildiyi, Ukrayna əsgər və texnikasının zərərsizləşdirildiyi bildirilib.
Oxuməni.az