KXDR-də leysan yağışlar 16 min evə ziyan vurub
Avqustun əvvəlində KXDR-ə yağan leysan yağışları 39 min hektara yaxın əkin sahələrini su altında qoyub, ən az 16 min evi və digər tikililəri zədələyib və ya məhv edib.
Oxuməni.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin mərkəzi televiziya agentliyi xəbər yayıb.
Bildirilir ki, təbii fəlakət səbəbindən 630-a yaxın ictimai binaya ziyan dəyib. Onlarla avtomobil, dəmir yolu və körpülər zədələnib.
Ən böyük zərər Kanvondo, Xvanxe-Nando və Xvanxe-Pukto əyalətlərində qeydə alınıb. Bir sıra bölgələrdə avqust ayının əvvəlindən təxminən 800 mm yağıntı düşüb, orta illik nisbət isə ümumiyyətlə 960 mm-dir. Xvanxe-Puktoda güclü yağış səbəbindən su bəndi dağılıb və geniş miqyaslı selə səbəb olub. Burada fəlakətin nəticələrini aradan qaldırmaq üçün işlər davam etdirilir.
Oxuməni.az