3 dəfə dövlət çevrilişi edən baş nazir – Georgiyev 87 yaşına qədər dövlət vəzifəsi daşıyıb

3 dəfə dövlət çevrilişi edən baş nazir – Georgiyev 87 yaşına qədər dövlət vəzifəsi daşıyıb

9 Aprel 2023 15:42
Bəyəndim (0) Bəyənmədim (0)

O, baş nazir seçildikdən sonra özündən əvvəlki iki baş nazirin ölümünə hökm verib. Xalq məhkəməsi eyni gündə, 1 fevral 1945-ci ildə Bolqarstanın 1943-1944-cü illərdə baş naziri olmuş Dobri Bojilov və sonra onu əvəzləyən İvan Baqryanov haqqında güllələnmə hökmü çıxarıb. Bu hökmlər Bolqarıstana yeni seçilmiş baş nazir Kimon Georgiyevin göstərişi ilə olub. Bu hadisə Kimon Georgiyev ikinci dəfə baş nazir olanda baş verib.

1882-ci ildə Bolqarstanın Pazarcik şəhərində anadan olan Kimon Georgiyev orta təhsilini başa vurduqdan sonra Sofiya hərbi məktəbində təhsil alıb və Bolqarıstan ordusunda zabit kimi xidmətə başlayıb. I dünya müharibəsinin iştirakçısı olan Kimon Georgiyev 1920-ci ildə podpolkovnik rütbəsində ordudan tərxis olunub. Onun hərbi əməliyyatlar zamanı yaralanması və bunun nəticəsində görmə qabiliyyətində ciddi problemlərin yaranması hərbi xidmətini davam etdirməsinə imkan verməyib.

Kimon_Georgiev.jpg (96 KB)

Georgiyev 1922-ci ildən Bolqarıstanın siyasi həyatında fəal iştirak edərək müxalifət qüvvələri ilə mövcud hakimiyyətin devrilməsi üçün planların həyata keçirilməsində əsas simalardan biri olub və 1923-cü ildə hakimiyyət çevrilişindən sonra o, Bolqarstan parlamentinə deputat seçilib, Bolqarıstan nəqliyyat, poçt və teleqraf naziri təyin olunub. Məhz bu ərəfədə gizli fəaliyyət göstərən “Hərbi İttifaq”ın lideri Demyan Velçevlə Georgiyevin arasında sıx münasibətlər yaranıb ki, onlar 1934-cü ildə növbəti dövlət çevrilişinə nail olublar.

Beləliklə, 19 may 1934-cü ildə Georgiyev Bolqarstanda baş nazir kürsüsünə sahib olub, o, eyni zamanda Bolqarstanın ədliyyə və hərbi nazir vəzifələrini də özündə saxlayıb.

Kimon Georgiev 2.jpg (132 KB)

Baş nazir vəzifəsinə keçdikdən sonra Georgiyev Bolqarstanda avtoritar rejim yaradıb, partiyaların və ictimai təşkilatların fəaliyyəti məhdudlaşdırılıb, mətbuata ciddi senzura tətbir edilib, neft, spirt, tütün ixracı birbaşa onun nəzarətinə keçib. Georgiyev baş nazir olduğu dövrdə SSRİ ilə diplomatik əlaqələrin yaranmasını vacib sayıb və bununla bağlı Bolqarıstan tərəfindən bütün lazımi tədbirlər həyata keçirilib.
Dövlət quruculuğu və idarətmə məsələlərində Georgiyevin apardığı islahatlar o həddə çatıb ki, hətta Bolqarstan çarı III Borisin səlahiyyətləri də məhdudlaşdırılıb. Bununla barışmayan III Boris Nazirlər Kabinetini bütün heyətilə istefaya göndərmyə məcbur qalıb.

İstefaya göndərildikdən sonra Georgiyev hökumətə qarşı müxalif qüvvələrə birləşib, 1936-cı ildən isə kommunistlərin sırasına qatılıb.

Georgiyev II dünya müharibəsi başlananda Bolqarıstanın nasist Almaniyasına qarşı çıxması tələbi ilə çıxış edib. O, Bolqarstanda əsasən kommunistlərdən ibarət xalq cəbhəsinin, eyni zamanda partizan hərəkatının yaradıcılarından biri olub, dəfələrlə Bolqarstanın SSRİ ilə yaxınlaşmasının zəruriliyini bəyan edib. Mövcud hakimiyyət isə nasist Almaniyası ilə müttəfiqliyə daha çox üstünlük verib.

68918180_1312529652250381_5897140790630547456_n.jpg (157 KB)

1943-cü ildə Dobri Bajilov baş nazir olanda Bolqrastanın xarici siyasəti nasist Almaniyasının diktəsi ilə tənzimlənib. 1944-cü ildə onu əvəzləyən İvan Baqryanov da eyni siyasi kursu davam etdirib.
9 sentyabr 1944-cü ildə Georgiyev növbəti dövlət çevrilişinə nail olub, o, ikinci dəfə baş nazir kürsüsünə əyləşib. Hökumət kommunistlərin əlinə keçib, ən yüksək vəzifələrə kommunistlər təyin olunublar.

Georgiyevin göstərişi ilə əvvəlki baş nazirlər, nasistlərin tərəfdarları Bajilov və Baqryanov həbs ediliblər. Onlara hansı cəza tədbirlərinin veriləcəyi müzakirə olunanada Georgiyevin qərarı qəti olub: “Güllələnmə”. 1 fevral 1945-ci ildə sabiq hökumət başçıları güllələniblər.

kGeorgiev_2.png (319 KB)

Georgiyev hökumət başçısı vəzifəsinə keçdikdən sonra Almaniyaya müharibə elan edib. Bolqarıstanın silahlı qüvvələri Vermaxt qoşunlarına qarşı hərbi əməliyyatlar keçirib.

1946-cı ildə keçirilən parlament seçkilərində Georgiyev deputat seçilib, amma onun kabineti istefaya göndərilib. Həmin ərəfədə hakimiyyət Kremlin diktəsi ilə tam kommunistlərin əlinə keçib, Bolqarıstan kommunist hərəkatının əsas liderlərindən biri, o cümlədən vaxtilə Georgiyevlə silahdaş olan Georgi Dmitrov Stalinin dəstəyi ilə baş nazir vəzifəsini tutub (sonralar Bolqarıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi).

Gerogiyevin kabineti istefaya göndərilsə də Dmitrov öz əqidə dostunu və silahdaşını hökumətdən kənarda qoymayıb, onu Bolqarstan Nazirlər Sovetinin sədr müavini vəzifəsinə təyin edib.

65647768_924121271260561_4045301418314170368_n.jpg (94 KB)

Georgiyev ömrünün sonuna qədər həm hökumətdə, həm də Bolqarstanın siyasi həyatında fəallığını itirməyib. O, 1962-1969-cu illrdə Bolqarstan Xalq Məclisinin Rəyasət Heyətinin üzvü seçilib, meliorasiya, su təsərrüfatı naziri, arxitektura komitəsinin sədri vəzifələrində işləyib, iki dəfə Bolqarstanın ali mükafatı, Sosialist Əməyi Qəhrəmanı adı, çoxsaylı orden və medallarla təltif olunub, rəsmi tədbirlərdə fəxri kürsülərdə əyləşib.

Bolqarıstanda 21 il ərzində üç dəfə dövlət çevrilişinin əsas müəllifi olan Kimon Georgiyev 1969-cu ildə, 87 yaşında vəfat edib. Sabiq baş nazir Sofiya şəhərində mərkəzi qəbirstanlıqda dəfn olunub. Musavat.com