Maharacanın Atatürkə hədiyyə etdiyi səccadənin sirri

Maharacanın Atatürkə hədiyyə etdiyi səccadənin sirri

11 Noyabr 2023 09:40
Bəyəndim (0) Bəyənmədim (0)

İstanbulda, Taksim meydanından cəmi beş dəqiqəlik piyada məsafədə çox köhnə “Pera Palace Otel” və Muzeyi var. 1892-ci ildə memar Alexander Vallauri tərəfindən inşa edilmişdir. Bu oteldə dünyanın bir çox məşhur insanı qonaq olublar. Buranın xüsusi bir qonağı da olub.

Mustafa Kamal Paşa Atatürk 1917-ci ildən 101 nömrəli otaqda uzun müddət yaşayıb.

Atatürkün ətrafında olan şəxslərin qeydlərinə görə, Hindistandan gələn maharaca Atatürklə şəxsi görüşməkdə israr edir və təcili onunla danışmaq istədiyini deyir. Mühafizəçisi ona məlumat verir ki, bəs Hindistandan gələn bir maharaca onunla görüşmək üçün otelin vestibülündə oturub gözləyir. Atatürk təəccüblü halda deyir:

- Hindli maharaca? Mənə nə önəmli bir şey deyəcək. Dəvət edin!

Maharaca iki qulluqçusu ilə Atatürkün otağına daxil olur. Süfrəyə qəhvə gəlir və hər ikisi oturub söhbət edirlər. Məlum olur ki, bu maharaca ingilislərə xidmət edir. Çanaqqala savaşında da ingilislərə yardımlar edib. Qonaq etiraf edir ki, əvvələr Atatürkü sevməyib və qəbul etməyib. Lakin onun ardıcıl qələbələri və şəxsiyyəti onda sevgi yaradır və şəxsən gəlib onunla görüşmək istəyir. Atatürkü böyük şəxsiyyət hesab edən maharaca kahinlərinin proqnozları əsasında bir səccadə hazırladıqlarını bildirir və ona hədiyyə edir. Daha sonra maharaca təklikdə söhbət etmək istədiyini bildirir və hamı otaqdan çıxır.

Görüş təxminən iki saat çəkir və Atatürk onunla söhbətdən sonra qonağa qızıl saat hədiyyə edib, yola salır. Səccadənin isə gözünün qabağında asılmasını tapşırır. Və ikilikdə etdikləri söhbət barədə kimsəyə heç nə demir.

İllər sonra isə səccadənin sirri açılır.

Səccadənin mərkəzi hissəsindəki rəsmə diqqətlə baxsanız, bir neçə məqam diqqətinizi cəlb edir:

- Üstündə saat tikilmişdir. Saat 9:07-ni göstərir.

- Səccadədə xrizantema çiçəkləri var: türk dilində xrizantema krizantem və ya kasımpatı adlanır; türkcə “kasım” noyabr deməkdir; xrizantema Türkiyədə payızda, xüsusilə noyabrda çiçək açdığı üçün belə adlanır. Kasımpatı çiçəyinin başqa mənaları da var. Belə ki, çiçək payız-qış aylarında açır və adından da məlum olduğu kimi kasım, yəni noyabr ayında partlayır. Bəziləri bunu hüzn və yalnızlığın simvolu hesab edirlər. Çiçəyin yaxşı açması üçün may ayında budanmasına, qulluq edilməsinə ehtiyac var.

- Saatın altında düz 10 şam olan böyük bir şamdanı görə bilərsiniz.

- 10 ədəd fil ornamenti də var. Bu da noyabrın 10-na işarədir.

Bu səccadə üzərində saat 09:07-ni göstərir (09:05-də Atatürkün bədəni ölür, 09:07-də isə beyini). Və ən maraqlısı ilmələrdə 10 noyabr tarixi aşkar görsənir.

Noyabrın 8-də, saat 19:00-da Atatürk həkimi Neşet Ömər İrdelpə baxaraq, saatı soruşur və son sözünü “aleyküməssəlam” deyir və komaya düşür. Ona vurulan "zəhərli" iynə öz sözünü deyir. Noyabrın 9-u günü və gecəsi Atatürk komada olur. Nəhayət, komadan ayılmayan Atatürk 1938-ci ilin noyabrın 10-da səhər saat 09:05-də İstanbul Dolmabaxça Sarayında həyata gözlərini yumur.

Bir daha aydın olur ki, Hindistandan hədiyyə kimi göndərilən səccadədə olan toxumalar Atatürkün ölümü ilə bağlı məqamlara bir işarədir.

Oxuməni.az