NASA astronavtları Ayda yadplanetlilər barədə susmağa məcbur edib
Ayda olmuş NASA astronavtlarına orada gördükləri yadplanetli mənşəli kosmik gəmilər barədə danışmaq qadağan edilib. Oxuməni.az xəbər verir ki, bu barədə Britaniyanın "Daily Mail" tabloidi yazır.
İnternet istifadəçiləri 2021-ci ildə vəfat etmiş Donna Heyrin müsahibəsinə diqqət çəkiblər. Qadın 1967-ci ildən 1981-ci ilə qədər "Ford" korporasiyasının hazırda fəaliyyətini dayandırmış, NASA ilə əməkdaşlıq edən "Philco Ford Aerospace" aerokosmik bölməsində çalışıb. "İfşa" (Disclosure Project) layihəsinin müəllifləri ilə söhbəti zamanı amerikalı qadın bildirib ki, o, agentlikdə astronavtlarla işləyən və Aydan qayıdan heyəti müayinə edən bir həkimlə şəxsən tanış olub.
Heyrin sözlərinə görə, həmin həkim bir çox astronavtın uçuş zamanı onları müşayiət edən gəmilər barədə danışdıqlarını iddia edib.
"Bildiyim qədər, onlar Aya eniş edərkən orada başqa üç gəmi də var idi", - deyə o bildirib.
Heyr əlavə edib ki, astronavtlara Ayın səthində gördükləri obyektlər barədə həm şifahi, həm də yazılı şəkildə məlumat yaymaq qadağan olunub — onlar məxfilik haqqında saziş imzalayıblar.
"Daily Mail" öz növbəsində qeyd edir ki, bəzi astronavtlar sonradan kosmosda gördükləri naməlum uçan obyektlər (UNO) barədə danışmağa nail olublar.
Almaz Həsənli






















































.jpg)


.jpg)
.jpg)

















.jpg)
.jpg)

.jpg)


.jpg)

.jpg)







