“Həmas”-ın İsrail ərazisinə 7 km-dək nüfuz etmiş yeraltı tunel şəbəkəsiinin sirləri...-VİDEO
«Yeraltı rabitə kanalları Qəzza zolağında İsrail ordusu üçün ən çətin maneələrdən biri olacaq. Fələstinlilərin qazdığı keçidlər müxtəlif funksiyalar daşıyır və əslində kiçik bir yeraltı şəhəri təşkil edir. Həmin tunellər “HƏMAS” tərəfindən 7-10 oktyabrda İsrailə hücumun ilk günlərində yeraltı yollarla birlikdə istifadə edilib”.
Moderator.az xəbər verir ki, bunu “Voyennaya xronika”(“Hərbi xülasə”) teleqram-kanalı yazır.
“Piyada və kiçik texnika yerüstü yollardan keçib, öncül bölmələr üçün nəzərdə tutulmuş müxtəlif təyinatlı yüklər isə yeraltıyal daşınıb. Tunellərin çoxu İsraillə Qəzza zolağı arasındakı ayırıcı divarın altından keçir və dərinliyi nə az, nə çox iyirmi metrdir. Həm də tunellər sayəsində fələstinlilər Qəzza zolağından hətta 5-7 km məsafədə də İsrail dövlətinin ərazisinə keçə biliblər.
Yaraqlıların sürpriz peyda olması faktını və hücumların coğrafiyasını nəzərə alsaq, bu yeraltı rabitə yollarının əhəmiyyətli hissəsi İsrailin cənub bölgələrinə, Aşkelon və Aşdot arasına çatır. Ən azı 20 olduğu güman edilən digər keçidlər “HƏMAS”-ın “Supernova Sukkot Gathering” elektron musiqi festivalının iştirakçılarına hücum etdiyi Rayimə, eləcə də İsrailin cənubundakı Magen bölgəsinə aparır. İlkin məlumata görə, tunellərin əksəriyyəti avtomobil yollarına doğru gedir. “HƏMAS” yaraqlıları onlarla birlikdə əməliyyat sahəsinin ətrafında sürətlə hərəkət edə və ya yerli təhlükəsizlik qüvvələri ilə toqquşmadan sonra Qəzza zolağının dərinliklərinə çəkilə biliblər.
Həmin yeraltı keçidlərin kütləvi tikintisinə 2007-ci ildə başlanılıb. Onlar üç növə bölünür: İsrail ərazisinə gözə dəymədən keçmək üçün nəzərdə tutulmuş tunellər, Fələstin sektorunun yaşayış massivinin altında yerləşən tunellər və Misirə aparan tunellər. Sərhəd divarının altındakı tunellərin çoxu ən sadə tikinti alətlərindən istifadə edilməklə əl ilə qazılıb tikilib, lakin əsas mühəndislik tələbləri qorunub saxlanılıb. İşıq, su, havalandırma sistemi və s var. Ümumilikdə 1300-1500 tunel var ki, onlardan 300-500-ü hər zaman istifadə olunur.
Bu tunellərin əhəmiyyətli hissəsinin çıxışında idarə olunmayan "Qəssam" raketlərinin buraxılış qurğuları və ya 120 mm-lik minaatanların mövqeləri var. Bu çıxışların hər biri xüsusi lyuk-pərdə ilə təchiz olunub, onların yuxarı hissəsi kamuflyaj olunub və onları havadan demək olar ki, aşkar etmək mümkün deyil”- araşdırmada belə deyilir.
Moderator.az