
Tövratın da, İncilin də ilkin "mənşə" kitabı türkün mixi yazılarıdır
Türklərin düni inanclarının qədim olduğunu və günümüzdəki bir çox dinlərin əsasında dayandığı tədricən sübut edilməkdədir. Bunu tanınmış tükoloq alimlərin tədqiqatları gəldikləri nəticələr də bir daha sübut etməkdədir. Bununla bağlı Oxuməni.az olaraq tanınmş türkoloq alimlərin dediklərini oxucularına təqdim edirik:
"Tövratın da, İncilin də ilkin "mənşə" kitabı türkün mixi yazılarıdır, ordan köçürmələrdir. Buna 100 faiz əmin ola bilərsiniz".
"İraqda bu gün də yaşayan 3 milyona yaxın "şumer" türkü var. Onlar özlərinə "Kərkük türkməni" deyirlər. Dili də, antropoloji quruluşu da Azərbaycan türklərinin dil və anatomiyası ilə həmahəngdir".
Tariyel Azərtürk, ABŞ-da yaşayan azərbaycanlı alim, türkoloq, tədqiqatçı.
"Bibliyadakı Nuh daşqını, Adəmin torpaqdan, Həvvanın isə onun qabırğasından yaradılması, Habillə Qabilin ədavəti və bir sıra çoxsaylı məsələlər heç də Yəhudilərə Allah müjdəsi deyil və Yəhudi təfəkkürünün məhsulu olmayıb, bütün bunlar Şumer türklərindən əxz edilmişdir. Bu fikirləri məşhur şumerşünaslar S.N.Kramer və M.S. Belinski elmi şəkildə sübut etmişdir. Ona görə də İncilin səmaviliklə heç bir əlaqəsi yoxdur. İncildə göstərilən mif, rəvayət, nağıl və təmsillər də Allah müjdəsi olmayıb qədim Yəhudilərin Şumerlərdən eynilə mənimsəyib köçürdüyü və əlaqədə olduğu müxtəlif xalqların təfəkkürünün, yaradıcılığının məhsuludur. Görkəmli alim D.Q.Reder yazır ki, "Bibliyanın nəinki səmaviliklə, heç Yəhudilərin iddia etdikləri qədimiliklə də heç bir əlaqəsi yoxdur. Bibliya eradan əvvəl 589-586-cı illərdə Babil əsirliyi zamanında yəhudi kahinləri tərəfindən Şumer mifləri əsasında tərtib edilmiş bir kitabdır".
Fəlsəfə doktoru, tədqiqatçı, türkoloq Aydın Mədətoğlu Qasımlının "Türklər"kitabından.
"Azərbaycanda hələ də İslam dinini ərəbin dini hesab edənlər var. Nəinki İslam dini, hətta İudaizm və Xristianlıq da öz köklərini ərəb və yəhudilərdən yox, Şumerlərdən almışlar. Şumerlərin dünyagörüşü və ənənələri Sami- Akkad, Babil, Assur, Yəhudi, Finikiya-Uqarit mədəniyyətlərinin süzgəcindən keçərək ərəb tərzində ərəblərin əli və əməyi ilə yenidən canlandırılaraq dünyaya yayılmışdır. Yəhudilər də bu Şumer ənənələrini əxz edib yəhudilərə xas dünyagörüş kimi dünyaya təqdim etmişlər. İslam dini, islamdan qabaq mövcud olmuş 5 min illik sivilizasiyanın tarixinin, təcrübələrinin, hadisələrinin, dünyagörüşünün sintezidir. Ərəbin dini deyil, kökündə Şumer gələnəkləri olduğu üçün daha çox Şumerdir-bizik. Biz azərbaycan türkləri əski tariximizi, coğrafiyamızı, mədəniyyətimizi bilmirik, oxumuruq. Bizim tariximiz və fəlsəfəmiz Zərdüştdən, Maq kahinlərindən yox, Bilqamısdan başlanır".
Yasəmən Qaraqoyunlu, fəlsəfə doktoru, tarixçi.
Oxuməni.az