Naməlum balıq alimləri şoka salıb

Naməlum balıq alimləri şoka salıb

25 Avqust 11:05
Bəyəndim (0) Bəyənmədim (0)

Sakit okeanın San-Dieqo sahillərində elm adamlarını düşündürməyə məcbur edən qəribə balıq tapılıb.

Teleqraf.com xəbər verir ki, dəniz mütəxəssisləri ilana bənzəyən bu canlının araşdırma üçün sahilə çıxarıldığını bildiriblər.

Skripps Okeanoqrafiya İnstitutundan verilən açıqlamada deyilir ki, bir qrup akvalanqçı və kayakçı La Xoyya körfəzində 12 fut uzunluğunda gümüşü avar balığı tapıblar.

İnstitutun eksperti Ben Freyblın sözlərinə görə, bu, 1901-ci ildən bəri Kaliforniyada avar balıqlarının 20-ci dəfə sahilə çıxması hadisəsidir.

Skripps bildirir ki, “qiyamət balığı” adlandırılan avar balığının heç bir əlaqəsi sübut olunmasa da, təbii fəlakətlər və ya zəlzələlərin xəbərçisi kimi mifik reputasiya var.

Avar balığı 6 metrdən də çox böyüyə bilir, adətən okeanın işığın çatmadığı mezopelajik zona adlanan dərin hissəsində yaşayır.

“The Independent” yazır ki, 2013-cü ildə Kaliforniya çimərliklərində iki belə balıq cəsədi tapılanda elm adamları bunların olaydan günlər və ya həftələr əvvəl dəniz dibində baş verən seysmik fəaliyyət nəticəsində ölə biləcəklərinə diqqət çəkmişdilər.

“Nəzəri cəhətdən bu, ona görə mümkündür ki, zəlzələ zamanı süxurlarda təzyiq artır və bu, elektrik yüklü ionların suya buraxılmasına səbəb olan elektrostatik yüklərin yaranmasına səbəb ola bilər. Bu, zəhərli birləşmə olan hidrogen peroksidin əmələ gəlməsinə səbəb olur. Yüklənmiş ionlar həmçinin üzvi maddələri oksidləşdirə bilər ki, bunun da ya balıqları öldürməsi, ya da onları okeanın dərinliklərindən səthə çıxmağa məcbur etməsi mümkündür”, - Britaniyanın Ruskin Universitetinin müəllimi Reyçel Qrant söyləyib.

Oxuməni.az