Abxaz müxalifəti respublika magistralını bağlayıb
Abxaziyada müxalifət respublika magistralını və iki körpünü traktorlarla bağlayıb, bu barədə respublikanın təhlükəsizlik orqanlarının nümayəndələri prezident Aslan Bjaniyanın rəhbərlik etdiyi Təhlükəsizlik Şurasının fövqəladə iclasında bildiriblər.
Bir qədər əvvəl Abxaziyanın baş prokuroru Adqur Aqrba bildirib ki, bazar ertəsi parlamentin çoxfunksiyalı komplekslərin tikintisi layihəsinə baxılan növbədənkənar iclasından sonra parlamentin həyətində bir qrup şəxs deputata hücum edib. Hücum edənlərdən dörd nəfəri saxlanılıb. Daha sonra onların yaxınları və müxalifət nümayəndələri məhbusların azad edilməsi tələbi ilə dövlət təhlükəsizlik xidmətinin binasına daxil olmağa cəhd ediblər.
“Respublika magistralının qanunsuz bağlanması nəticəsində yaranmış mövcud vəziyyətlə əlaqədar Abxaziya prezidenti Aslan Bjaniya Təhlükəsizlik Şurasının təcili iclasını keçirib. Təhlükəsizlik qüvvələrinin rəhbərləri qanunsuz hərəkətlərin qarşısının alınması üçün görülən tədbirlər barədə dövlət başçısına məruzə ediblər”, – Apsnypress agentliyinin Teleqram kanalında deyilir.
Oxuməni.az