Ukrayna və NATO təcili iclas keçirəcək

Ukrayna və NATO təcili iclas keçirəcək

22 Noyabr 15:45
Bəyəndim (1) Bəyənmədim (0)


Çərşənbə axşamı, noyabrın 26-da Brüsseldə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək. Rusiyanın bu yaxınlarda Dneprdəki hərbi sənaye kompleksi obyektini vuran yeni orta mənzilli raketdən istifadə etməsinin nəticələrinin müzakirəsi planlaşdırılır. İclasda NATO-ya üzv ölkələrin səfirləri bir araya gələcək.
Bu barədə “AFP” məlumat yayıb. Nəşrin məlumatına görə, belə məlumat cümə günü, noyabrın 22-də diplomatlardan daxil olub. Məhz onlar danışıqların əsas mövzusunun Ukraynaya noyabrın 21-də baş vermiş raket hücumu olacağını söyləyiblər.
“AFP”-nin məlumatına görə, rəsmilər görüşün çərşənbə axşamı, noyabrın 26-da keçiriləcəyini təsdiqləyiblər. İclasda Ukraynaya qarşı bu cür hücumların nəticələri də müzakirə olunacaq.
Rusiya noyabrın 21-də Dneprə qitələrarası ballistik raket zərbəsi endirib. Şəhərdə hücum nəticəsində sənaye obyektlərinə ziyan dəyib, iki yanğın da baş verib.
Rusiya prezidenti Vladimir Putin daha sonra müraciətində Rusiyanın Ukraynaya yeni raket atdığını təsdiqləyib. Ancaq o, bildirdi ki, söhbət “Oreşnik”dən gedir, lakin Ukraynada bunun hələ də “Rubej” raketi olduğunu iddia edirlər. Maraqlıdır ki, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Zaxarovaya brifinq zamanı zəng edib ona qitələrarası ballistik raketin Ukraynaya endirdiyi zərbəni şərh etməyi qadağan ediliblər. Bundan sonra Putin özü bəyanat verdi.
Almaz Həsənli