Tramp Si Çinpini inauqurasiya mərasiminə dəvət edib

Tramp Si Çinpini inauqurasiya mərasiminə dəvət edib

12 Dekabr 14:51
Bəyəndim (0) Bəyənmədim (0)


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Çin sədri Si Çinpini yanvarın 20-də inauqurasiya mərasimi üçün Vaşinqtona dəvət edib. “CBS News” anonim mənbələrə istinadən xəbər verir ki, Çin liderinin dəvəti qəbul edib-etmədiyi hələlik məlum deyil.
Qeyd olunur ki, Si Çinpin dəvəti noyabrın əvvəlində alıb. Çinin ABŞ-dakı səfirliyi bu mövzu ilə bağlı şərh verməkdən imtina edib.
Nəşr Trampın gələcək administrasiyasından bəzi şəxslərin inauqurasiyaya başqa ölkələrin liderlərini dəvət etdiyini paylaşıb. Mənbələr jurnalistlərə bildiriblər ki, onlardan biri Macarıstanın baş naziri Viktor Orban ola bilər, lakin o, hələ də mərasimdə iştirak etmək təklifini nəzərdən keçirir.
“Dünya liderləri prezident Trampla görüşmək üçün sıraya düzülürlər, çünki bilirlər ki, o, tezliklə hakimiyyətə qayıdacaq və Amerikanın gücü ilə dünyada sülhü bərpa edəcək”, -Trampın keçid dövrünün sözçüsü Kerolayn Livitt bildirib.
Jurnalistlər xatırladıblar ki, ABŞ-da keçirilən andiçmə mərasiminə adətən səfirlər və digər diplomatlar dəvət olunur, lakin başqa ölkələrin rəhbərləri deyil. Onlar vurğulayıblar ki, ABŞ tarixində heç vaxt belə mərasimlərdə xarici liderlər olmayıb.
Almaz Həsənli