Almaniyada 6 partiya ədalətli seçki kampaniyası keçirmək üçün razılaşma əldə edib
Almaniyanın altı partiyası vicdanlı və ədalətli seçki kampaniyası keçirmək barədə razılığa gəliblər. Bura şəxsi təhqir və böhtandan, siyasətçilərin yaxın ətrafına hücumlardan imtina etmək daxildir.
DPA agentliyinin məlumatına görə, müvafiq sazişi Almaniya Sosial Demokrat Partiyası (SPD), Xristian Demokrat İttifaqı (CDU), Bavariya Xristian Sosial İttifaqı (CSU), Yaşıllar, Azad Demokrat Partiyası (FDP) bağlayıb. Sol Partiya (LP) Sağçı Almaniya üçün Alternativ (AfD) və Sarah Vaqenknextin Səbəb və Ədalət Birliyi (BSW) razılaşmalardan kənarda qaldı.
Oxuməni.az
Digər xəbərlər