Müxalifət Cənubi Koreyanın müvəqqəti prezidentini impiçmentlə hədələyir
Koreyanın müxalif Demokratik Partiyası devrilmiş prezident Yoon Suk Yolun hərbi vəziyyətin tətbiqinə uğursuz cəhdi ilə bağlı araşdırmanın təxirə salınmasına kömək etdiyi üçün ölkənin hazırkı prezidenti Han Dak Sunu impiçment elan etməklə hədələyib.
Bu barədə “Reuters” xəbər verir.
Agentlik xatırladıb ki, dekabrın 14-də impiçment elan edilmiş, vəzifəsindən uzaqlaşdırılan Yoonun yerinə Baş nazir Hanın vəzifəyə gəlib. Vəzifədən kənarlaşdırma məsələsinə Konstitusiya Məhkəməsi baxmalıdır.
Han Dak Sun 30 il ərzində mühafizəkar və liberal prezidentlər dövründə Cənubi Koreya siyasətində yüksək vəzifələrdə çalışan texnokratdır. Yoon onu 2022-ci ildə baş nazir təyin edib.
Oxuməni.az
Digər xəbərlər