Simonyanın əri Tiqran Keosayan klinik ölümdən sonra komaya düşüb
Rejissor və jurnalist Tiqran Keosayan klinik ölüm keçirib və hazırda komadadır. Bu barədə onun həyat yoldaşı Marqarita Simonyan Telegram kanalında məlumat verib. Jurnalist ərinin uzun müddətdir ürəyində problem olduğunu vurğulayıb.
Keosayan dekabrın sonunda xəstəxanaya yerləşdirilib. O, bundan əvvəl 2008 və 2010-cu illərdə iki dəfə infarkt keçirmişdi.
Tiqran Keosayan və Marqarita Simonyan 2022-ci il martın 3-də evləniblər. Onların nikahdan əvvəl doğulmuş üç övladı var. Bu, Simonyanın ilk evliliyidi və Keosayan əvvəllər aktrisa Alena Xmelnitskaya ilə evli olub.
Almaz Həsənli
Digər xəbərlər