Rusiyanın Nikaraquadakı mövcudluğu ABŞ üçün təhlükədir
Dövlət katibi namizədi Marko Rubio deyir ki, Rusiyanın Nikaraquada olması Amerikanın maraqlarını təhdid edir.
"Nikaraqualılar mahiyyətcə rusları bizim yarımkürəmizdə Nikaraquada dəniz varlığı yaratmağa dəvət ediblər. Bu, bizim milli təhlükəsizliyimiz üçün təhdiddir və problem həll edilməlidir", - Rubio Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə deyib.
2024-cü ilin noyabrında Nikaraqua prezidenti Daniel Orteqa xarici hərbçilərin ölkədə qalma icazəsini 2025-ci ilin birinci yarısına qədər uzadıb. Rusiya, Meksika, Venesuela, ABŞ, Kuba silahlı qüvvələrinin şəxsi heyətinin, gəmilərinin və təyyarələrinin, habelə Mərkəzi Amerika Ölkələrinin Silahlı Qüvvələri Konfransının (Qvatemala, El Salvador, Honduras, Dominikan Respublikası) mübadiləsi və qarşılıqlı faydalı humanitar yardımın təşkili məqsədilə icazə verilir. Nikaraqua Konstitusiyası xarici hərbçilərin respublikada olmasına icazə verir. Dövlət başçısının müvafiq fərmanı mütəmadi olaraq qəbul edilir.
Oxuməni.az