Qazaxıstanda rusları təhqir edən mahnının müəllifi axtarılır
Qazaxıstanda hüquq-mühafizə orqanlarının əməkdaşları sözlərində ruslar üçün təhqir sayıla biləcək ifadələrin yer aldığı mahnının müəllifinin kim olduğunu öyrənməyə çalışırlar. “TASS” xəbər verir ki, bu barədə Qazaxıstan baş prokurorunun müavini Qalımjan Koygeldiyev bildirib.
“Keçən ilin yazında sosial şəbəkələrin monitorinqi çərçivəsində faktla bağlı Qazaxıstan Cinayət Məcəlləsinin 174-cü (“Sosial, milli, qəbilə, irqi, sinfi və ya dini ədavətin salınması”] maddəsi ilə cinayət işi açılıb, ekspertiza təyin edilib. Nəticələri müvafiq olaraq alınıb və alındıqdan sonra “O, artıq bu maddə ilə ittiham olunub”, - Koygeldiyev şərh edib.
Baş prokurorun müavini qeyd edib ki, sözügedən maddədə bu cür məlumatları ehtiva edən ədəbiyyatın və ya digər materialların yayılmasına görə də məsuliyyət nəzərdə tutulur.
Koygeldiyev vurğulayıb ki, istintaqın gedişi ilə bağlı açıqlama vermək hələ tezdir, hazırda araşdırma aparılır.
Oxuməni.az