
Trüdo ölkənin ABŞ-ın bir hissəsi olması ideyasını qəti şəkildə rədd etdi
Kanada Birləşmiş Ştatların 51-ci ştatı olmaq niyyətində deyil. Ottava ABŞ prezidenti Donald Trampın bəyanatlarına cavab olaraq belə bir ehtimalı rədd edib.
Bunu Kanadanın baş naziri Castin Trüdo deyib.
Trüdo bir daha bəyan edib ki, Kanada ABŞ-ın 51-ci ştatı olmaq niyyətində deyil. Ağ Evin keçmiş mətbuat katibi Cen Psaki ilə MSNBC-nin “İçəridə” verilişində danışan Trüdo, yeni seçilmiş prezident Donald Trampın Kanadanın ABŞ-ın bir hissəsi olması ilə bağlı təkrar şərhlərini müzakirə edib.
"Mən uğurlu danışıqlar aparan biri kimi bilirəm, o, insanları təzyiq altında saxlamağı xoşlayır. 51-ci ştat məsələsi heç vaxt baş tutmayacaq",- dedi.
Əziz Mustafa, Oxuməni.az
Digər xəbərlər