Fridrix Merz Almaniya kansleri seçilmək üçün Bundestaqda lazımi səsləri toplaya bilməyib

Fridrix Merz Almaniya kansleri seçilmək üçün Bundestaqda lazımi səsləri toplaya bilməyib

13:00
Bəyəndim (2) Bəyənmədim (0)


Almaniyanın mühafizəkar lideri Fridrix Merz Bundestaqda keçirilən səsvermənin ilk turunda Almaniya kansleri seçilmək üçün lazım olan mütləq əksəriyyəti təmin edə bilməyib.
O, 316 səs lazım olduğu halda 310 “lehinə” səs toplayıb. 307 deputat əleyhinə səs verib, daha üç deputat isə bitərəf qalıb,bu barədə “Focus” yazır.
Bu halda, “Focus”-un qeyd etdiyi kimi, Bundestaq səsvermədən sonra 14 gün ərzində kansleri seçə bilər. İstənilən sayda səsvermə ola bilər, lakin qalib olmaq üçün namizədin hələ də 316 səs toplaması lazımdır. Namizədlərdən heç biri bu müddət ərzində keçə bilməsə, növbəti mərhələdə sadə səs çoxluğu kifayət edəcək. Bundestaq növbəti səsverməni mayın 7-də keçirə bilər, “Reuters” qeyd edir.
Yada salaq ki, elə dünən onun CDU/CSU bloku ilə Sosial Demokrat Partiyası (SPD) hakim koalisiyanın yaradılması prosesini başa çatdıraraq saziş imzalamışdı. Yeni koalisiyanın 328 deputatı var.
Almaz Həsənli