"Bavariya" 34-cü dəfə Almaniya çempionu oldu

"Bavariya" 34-cü dəfə Almaniya çempionu oldu

10:25
Bəyəndim (4) Bəyənmədim (0)


"Bavariya" 2024/25 mövsümü üçün vaxtından əvvəl Bundesliqa çempionluğunu təmin edib.
Bu, "Bayer"in 32-ci turda "Frayburq"la 2:2 hesablı heç-heçə etməsi sayəsində baş verib. Çempionatın bitməsinə iki tur qalmış münhenlilər leverkuzenliləri 8 xal qabaqlayır.
"Bavariya" 34-cü dəfə Almaniya çempionu olub, bu turnir rekordudur. Ən yaxın izləyicilərin hərəsi demək olar ki, 30 kərə az titul qazanıblar.“Borussia” Dortmund və “Borussia” Qladbach hərəyə beş dəfə qızıl qazanıblar.
"Bavariya"nın hücumçusu Harri Keyn karyerasında ilk dəfə kuboku 31 yaşında qazanıb. O, 2023-cü ilin yayında "Tottenhem"dən transfer olunub. 2023/24 mövsümündə "Bavariya" son 12 ildə ilk dəfə heç bir turnir qazana bilməyib.
Almaz Həsənli