
Ukrayna hazırkı təmas xətti boyunca müharibəni dondurmaq istəyir
Ukraynada onlar hazırkı təmas xəttində döyüşlərin dayandırılmasını, ardınca isə 30 kilometrlik hərbsizləşdirilmiş zonanın yaradılmasını istəyirlər. Bu sözləri ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq deyib.
"Onlar hərtərəfli atəşkəslə razılaşırlar - quru, dəniz və hava - ən azı 30 gün, uzadılma imkanı ilə. "Və biz bunu bu gün etməyə hazırıq", - o, “Fox News” kanalında deyib.
Kelloq həmçinin Ukrayna tərəfinin 30 kilometrlik bufer zonasının yaradılmasını təklif etdiyini bildirib.
"Onlar sözün əsl mənasında belə dedilər: biz 15 kilometr geri çəkilirik, [Rusiya] isə 15 kilometr geri çəkilir. "Nəticədə biz real müşahidə oluna bilən 30 kilometrlik zona əldə edəcəyik", - deyə xüsusi nümayəndə Rusiya qüvvələri ilə Ukrayna Silahlı Qüvvələri arasında bufer zonanın yaradılması imkanından danışıb.
O əlavə edib ki, saziş bağlamaq üçün siyasi iradə var və ABŞ prezidenti Donald Tramp əsas rol oynaya bilər.
"Düşünürəm ki, biz yaxınıq. Atəşkəsi təmin edə biləcək yeganə şəxs prezident Trampdır, əgər [Rusiya prezidenti Vladimir] Putin razılaşarsa", - Kelloq əlavə edib.
Almaz Həsənli