“İnter” “Barselona”nı yeddi qol vurulan oyunda məğlub edərək Çempionlar Liqasının finalına yüksəldi

“İnter” “Barselona”nı yeddi qol vurulan oyunda məğlub edərək Çempionlar Liqasının finalına yüksəldi

7 May 09:59
Bəyəndim (4) Bəyənmədim (0)


Mayın 6-da UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün bir cavab yarımfinal oyunu keçirilib.
Mayın 6-da Çempionlar Liqasının yarımfinal matçının nəticəsi:
"İnter" (İtaliya) - "Barselona" (İspaniya) - 4:3 (ümumi hesab 7:6).
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin “İnter” və “Barselona” komandaları arasında cavab oyunu başa çatıb. Oyun Milanın “San Siro (Cüzeppe Meazza)” stadionunda baş tutub. Matçın baş hakimi polşalı Şimon Marçiniak olub. Qarşılaşma 4:3 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. İki qarşılaşmada hesab 7:6 İtaliya klubunun xeyrinədir.
22-ci dəqiqədə "İnter"in hücumçusu Lautaro Martinez hesabı açıb. İlk hissənin sonlarında yarımmüdafiəçi Hakan Çalhanoğlu penaltidən qol vuraraq meydan sahiblərinin üstünlüyünü gücləndirib.
54-cü dəqiqədə yarımmüdafiəçi Erik Qarsiya katalonların hesabdakı fərqini azaldıb. İkinci hissənin ortalarında qonaqların yarımmüdafiəçisi Dani Olmo görüşdə hesabı bərabərləşdirib. İkinci hissənin sonunda hücumçu Rafinya qonaqları irəli çıxarıb. 90+3-cü dəqiqədə “İnter”in müdafiəçisi Françesko Açerbi fərqlənib. 99-cu dəqiqədə Milan klubunun matçda dördüncü qolunu yarımmüdafiəçi Davide Frattesi vurub.
Bu komandalar arasında ilk görüş 3:3 hesabı ilə başa çatıb. “Barselona”nın heyətində hücumçular Lamin Yamal və Ferran Torres fərqləniblər. “İnter”in qapıçısı Yan Zommer də avtoqola imza atıb. Hücumçu Markus Tyuram və müdafiəçi Denzel Dumfris “neradzurri”nin heyətində fərqləniblər.
Çempionlar Liqasının finalında "İnter" "Arsenal" – “PSJ” matçının qalibi ilə qarşılaşacaq.
Çempionlar Liqasının finalı mayın 31-də Münhendəki “Allianz Arena”da keçiriləcək.
Almaz Həsənli