ABŞ-da lüks yaxta oğurlayan rusiyalı həbs edilib

ABŞ-da lüks yaxta oğurlayan rusiyalı həbs edilib

7 May 16:00
Bəyəndim (2) Bəyənmədim (0)

ABŞ-da lüks yaxta oğurlamaqda şübhəli bilinən rusiyalı saxlanılıb. Bu barədə NBC Mayami məlumat yayıb.

Hadisə Florida ştatında baş verib. Polisin məlumatına görə, ingilis dilini bilməyən 29 yaşlı Rusiya vətəndaşı Nikolay Vilkov saxlanılıb. O, Baham adalarına qaçmazdan əvvəl Martin qraflığında Blowing Rocks Marinadan lüks yaxta oğurlamağa cəhd edərkən yaxalanıb.

"Biz onun haradan gəldiyini, ABŞ-da nə etdiyini və gəmi ilə nə etməyə çalışdığını anlamağa çalışırıq" deyə Şerif Con Budençik bildirib.

Onun sözlərinə görə, Vilkov dayanmaq tələblərinə məhəl qoymayıb və Hobe Sound-dan keçməyə qərarlı olub, lakin sonda onun qarşısını kəsiblər. Oğurlanan gəminin kimə məxsus olduğu açıqlanmır. Hazırda o, tərcüməçinin iştirakı ilə dindirilir.

Bundan əvvəl Nyu-Yorkda bir nəfər arxa oturacaqda iki yaşlı uşağı olan avtomobili oğurlayıb.
Əziz Mustafa, Oxuməni.az