
ABŞ və Türkiyə Ukraynadakı münaqişənin həlli üçün birgə səylər barədə razılığa gəliblər
Prezidentlər Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında keçirilən danışıqlardan sonra Türkiyə və ABŞ Rusiya və Ukrayna da daxil olmaqla regional münaqişələrin həlli üçün birgə işləmək barədə razılığa gəliblər. Bu barədə Türkiyə liderinin administrasiyası məlumat yayıb.
“Cənab prezident Türkiyənin iki mühüm, yaxın qonşusu arasında münaqişənin həllinə böyük əhəmiyyət verir və sülh prosesində uduzan tərəfin olmayacağını həmişə vurğulayır”, - Türkiyə administrasiyası RİA Novosti-yə bildirib.
Donald Tramp deyib ki, mayın 5-də türkiyəli həmkarı ilə “çox yaxşı” və məhsuldar söhbət olub və onunla Ukraynada döyüşlərə son qoymaq üçün işləməyi “səbirsizliklə gözləyir”. İki lider arasındakı danışıqlardan sonra cənab Ərdoğanın ofisi Ankaranın ABŞ ilə bir çox sahələrdə əməkdaşlığı inkişaf etdirmək üçün addımlar atmağa davam edəcəyini bildirdi.
Aprelin sonunda Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla “telefon diplomatiyası” saxladığını və ilk fürsətdə onunla görüşəcəyini açıqlamışdı. O, etiraf edib ki, Rusiyanın təşəbbüsü ilə may ayında əldə edilən atəşkəs Ukraynada daimi atəşkəsə gətirib çıxara bilər.
Əziz Mustafa, Oxuməni.az