Hindistan və Böyük Britaniya 34 milyard dollarlıq azad ticarət sazişi imzalayıb

Hindistan və Böyük Britaniya 34 milyard dollarlıq azad ticarət sazişi imzalayıb

7 May 12:37
Bəyəndim (5) Bəyənmədim (0)

Hindistan və Böyük Britaniya arasında geniş çeşiddə mallar üzrə tariflərin azaldılmasını və ya ləğvini nəzərdə tutan azad ticarət sazişi imzalanıb. Tərəflərin bəyanatında deyilir ki, saziş 2040-cı ilə qədər ölkələr arasında ticarət dövriyyəsini 34 milyard dollar artırmalıdır. 2024-cü ildə Hindistan və Böyük Britaniya arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 8,3% çox olub.

Saziş Hindistanın ticarət naziri Piyuş Qoyalın Londona səfəri zamanı imzalanıb. Müqavilə, xüsusən Hindistanın Böyük Britaniyadan bir çox mallar üçün rüsumları azaltmasını nəzərdə tutur: məsələn, viski və cin idxalı üçün rüsumlar indiki 150%-dən əvvəlcə 75%-ə, sonra isə 40%-ə, avtomobillər üçün rüsumlar 100%-dən 10%-ə endiriləcək.

İngiltərə də Hindistandan gələn bir çox mal üçün rüsumları azaldıb. Hindistandan bəzi mallara isə idxal rüsumları tamamilə ləğv ediləcək. Bundan əlavə, Böyük Britaniya hindular üçün vergi rejimini bir qədər sadələşdirib.

Belə bir razılaşma üçün danışıqlar bir neçə il davam edib. Ötən il Hindistan Aİ üzvü olmayan Avropa ölkələri ilə azad ticarət sazişi imzalayıb. İndi Hindistan-Böyük Britaniya razılaşması qlobal ticarət sisteminin ABŞ Prezidenti Donald Trampın artan idxal tarifləri ilə üzləşdiyi bir vaxta təsadüf edir.

Əziz Mustafa, Oxuməni.az