
İyunun 14-də Vaşinqtonda keçiriləcək hərbi parad 45 milyon dollara başa gələcək
Vaşinqtonda Amerika ordusunun 250 illiyinə həsr olunmuş hərbi parad ABŞ-a 25-45 milyon dollara başa gələcək, The Hill ordudakı mənbəyə istinadən yazır.
Nəşrin mənbəsi iyunun 14-də konsert və atəşfəşanlıq da daxil olmaqla, bütün bayram tədbirləri ilə keçirilən paradın dəyərinin təxmini hesabını verib. Paradda 150-yə yaxın yerüstü texnika və 50 təyyarənin iştirak edəcəyi gözlənilir. Orada demək olar ki, bütün ordu hissələrinin nümayəndələri, eləcə də Vyetnam müharibəsi veteranları iştirak edəcək.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp paytaxtda şənliklərin “ABŞ-ın dünyada ən yaxşı silahlara sahib olduğunu qeyd etmək” üçün təşkil edildiyini bildirmişdi.
Əziz Mustafa, Oxuməni.az
Digər xəbərlər