
İran İsrail və ABŞ-a rəsmən müharibə elan etməyə hazırlaşır
İran KİV-lərinin məlumatına görə, İslam Respublikası rəhbərliyi İsrailin əsas hərbi və elmi obyektləri, o cümlədən SEPAH komandanlığı və bir sıra strateji nüvə obyektlərini məhv edən genişmiqyaslı hücumuna cavab olaraq tezliklə rəsmən müharibə vəziyyəti elan edəcək.
Oxuməni.az-ın “Mignews.com”a istinadla verdiyi xəbərə görə, İran Milli Təhlükəsizlik Şurasına yaxın mənbələrdən verilən məlumata görə, müvafiq bəyanat Tehranda keçirilən qapalı iclas başa çatdıqdan sonra yaxın saatlarda verilə bilər.
İsrail son 24 saat ərzində Tehran, İsfahan, Natanz, Fordo, Qum və Təbrizə bir sıra hava və dəqiq zərbələr endirib. İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Səlaminin, eləcə də ölkənin nüvə proqramı ilə bağlı iki yüksək rütbəli alimin ölümü təsdiqlənib.
Eyni zamanda, İsrail mətbuatının yazdığına görə, Mossad kəşfiyyat xidməti İran ərazisində raket sistemləri və hava hücumundan müdafiə ilə əlaqəli infrastrukturun məhv edilməsinə yönəlmiş bir sıra gizli əməliyyatlar həyata keçirib. İran şəhərlərinin küçələrində hərbi mövcudluğun artması müşahidə edilib, bir sıra bölgələrdə hərəkətə məhdudiyyətlər qoyulub, qismən səfərbərlik elan edilib. Ölkənin hava məkanı mülki aviasiya üçün bağlı olaraq qalır.
Almaz Həsənli