Rusiyada internetin sürətinin və keyfiyyətinin yoxlanılması xidməti olan “Speedtest” bloklanıb

Rusiyada internetin sürətinin və keyfiyyətinin yoxlanılması xidməti olan “Speedtest” bloklanıb

30 İyul 14:05
Bəyəndim (4) Bəyənmədim (0)

“Roskomnadzor” Rusiyada “Ookla”-dan internetə qoşulmanın sürətini və keyfiyyətini ölçmək üçün “Speedtest” xidmətinə girişi bloklayıb. Bu barədə “İnterfaks” məlumat yayıb.

“Roskomnadzor” bu qərarı “ictimai rabitə şəbəkəsinin və internetin Rusiya seqmentinin təhlükəsizliyinə müəyyən edilmiş təhdidlərlə” izah edib.

“Roskomnadzor” əlavə edib ki, o, "etibarlı rus xidmətlərindən istifadə etməyi" tövsiyə edir və "məlumat ötürmə sürətini yoxlamaq üçün yerli həll" olan “ProSet” xidmətini xatırladır.

Almaz Həsənli