Baltik dənizində kabel zədəsi: "Eagle S" kapitanı ittiham edildi

Baltik dənizində kabel zədəsi: "Eagle S" kapitanı ittiham edildi

11:07
Bəyəndim (4) Bəyənmədim (0)

Finlandiya hüquq-mühafizə orqanları Baltik dənizində sualtı kabellərin zədələnməsi ilə bağlı “Eagle S” gəmisinin kapitanını və ekipajını ittiham edib. Bu barədə “Politico” məlumat yayıb.

“Eagle S” neft tankerinin kapitanı və iki ekipaj üzvü rabitə vasitələrinə ziyan vurmaqda və müdaxilə etməkdə ittiham olunur. İstintaq başlayandan onlara Finlandiyadan çıxmaq qadağan edilib.

Finlandiya prokurorları bildiriblər ki, müttəhimlər ittihamları rədd edir və hesab edirlər ki, zədələnmiş kabellər ölkənin ərazi sularından kənarda olduğundan Helsinkinin işi idarə etmək hüququ yoxdur.

İttiham "Eagle S"-nin saxlanmasına səbəb olan istintaqın son addımıdır. O, 2024-cü ilin dekabrında Finlandiya körfəzində dörd sualtı kabelin zədələndiyi və digərinin sıradan çıxdığı insidentdə əsas şübhəli hesab olunur.

Ötən il Baltik dənizində Finlandiya və Estoniya arasında sualtı rabitə kabelləri zədələnmişdi. Finlandiya səlahiyyətliləri daha sonra Rusiyanın "kölgə donanması" ilə əlaqəli ola biləcək "Eagle S"-ni saxladılar.

Gəminin sualtı kabellərin zədələnməsində iştirak etdiyi ehtimal edilir.

Əziz MUSTAFA