Rusiyalıların olduğu kruiz gəmisi İstanbula buraxılmadı
İstanbul liman rəhbərliyi cümə axşamı rusiyalıların olduğu “Astoria Grande” kruiz gəmisinə yan almaq üçün icazə vermədi. Nəticədə, səhər tezdən saat 15:00-a qədər lövbərdə dayanan gəmi, kruizin son nöqtəsi olan Rusiyanın Soçi şəhərinə yola düşdü. Bu barədə gəminin nümayəndəsinə istinadən RİA "Novosti" agentliyi məlumat yayıb.
Bu cür vəziyyət ilk dəfə baş verir. Əvvəllər Palau bayrağı altında üzən “Astoria Grande” gəmisi dəfələrlə İstanbula daxil olmuşdu. Liman rəhbərliyi qərarını izah etməyib, bu barədə gəmiyə turlar satan "SK Akvilon" şirkəti bildirib.
Türkiyənin “Anadolu” agentliyi xəbər verib ki, “Astoria Grande” gəmisində əsasən rusiyalılar olmaqla 616 sərnişin, həmçinin 435 ekipaj üzvü var. Kruiz çərçivəsində gəmi Antalya, Alanya və İzmir limanlarına baş çəkib. "SK Akvilon" şirkətindən bildirilib ki, “Astoria Grande”-nin növbəti kruizləri qrafikə uyğun olaraq keçiriləcək.
Almaz Həsənli















.jpg)
.jpg)



























.jpg)
.jpg)
.jpg)

























.jpg)
.jpg)
.jpg)







