Bişkekdə Ukrayna səfirliyi Putinin səfərindən əvvəl "gizlədilib"
Bişkekdəki Ukrayna səfirliyi ilə küçənin qarşı tərəfində yerləşən Qırğızıstan prezidentinin iqamətgahı arasında nəhəng LED ekran quraşdırılıb. Bu, Rusiya prezidenti Vladimir Putinin 27 noyabr cümə axşamı günü şəhərdə keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) zirvə toplantısına qatılmaq üçün Bişkekə gəlməsindən bir müddət əvvəl baş verib.
Jurnalist Qriqori Pırlik konstruksiyanın quraşdırılması barədə 20 noyabrda Telegram kanalında yazıb. Onun dərc etdiyi fotolara əsasən, bir neçə mərtəbəli bina elə qurulub ki, hasar ekranın “Intımak Ordo” kompleksindən (Qırğızıstan prezidenti və hökumətinin bu yaxınlarda açılan yeni iqamətgahı) görünüşünü gizlədir. Konstruksiya həmçinin Rusiya işğalından əziyyət çəkən bir ölkənin səfirlik ərazisindəki Ukrayna bayrağının görünüşünü də gizlədir.
Qırğızıstan prezidentinin mətbuat xidməti bildirib ki, küçənin ortasında quraşdırılan nəhəng LED ekran "hökumət video görüntülərini göstərmək və protokol tədbirlərinə vizual dəstək vermək üçün istifadə olunacaq". Bir neçə media orqanı Ukrayna səfirliyini əhatə edən strukturun quraşdırılmasının Putinin Bişkekə səfəri ilə əlaqəli olduğunu və səfər zamanı onun "Intımak Ordo"nu ziyarət etdiyini bildirib. Ukraynanın respublikadakı səfirinin müşaviri Denis Avtonomov sadəcə "açıq-aydın səbəb-nəticə əlaqəsi olduğunu" bildirib.
Siyasi analitik Turat Akimov "Azadlıq Radiosu"na (Azad Avropa/Azadlıq Radiosunun Qırğızıstan xidməti) danışarkən hadisəni Putinin qorunmasından məsul olan təhlükəsizlik xidməti olan FSO-nun işi ilə əlaqələndirib. Onun sözlərinə görə, Rusiya təhlükəsizlik işçiləri "adətən on gün əvvəl gəlib bütün ərazini araşdırırlar". Akimov hesab edir ki, onlar Putin üçün təhlükənin Ukrayna səfirliyinin ərazisindən gələ biləcəyini və Qırğızıstan tərəfinin bunu aradan qaldırmalı olduğunu düşünə bilərdilər.
Almaz Həsənli













.jpg)
.jpg)
.jpg)




























.jpg)
.jpg)
.jpg)




































.jpg)