ABŞ-da müdafiə üçün 1,5 trilyon dollar ayrılacaq
2027-ci maliyyə ili üçün təklif olunan 1,5 trilyon dollarlıq müdafiə büdcəsi ABŞ-a texnologiya sahəsində liderliyini təmin etməyə imkan verəcək. Bu barədə ABŞ Silahlı Qüvvələri Baş Qərargah Rəisləri Komitəsinin (BQRK) sədri general Den Keyn Oxuməni.az-ın "İnterfaks"a istinadən verdiyi məlumata görə bildirib.
O, bu fikri ABŞ Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə səsləndirib.
"1,5 trilyon dollarlıq büdcə gələcək təhlükəsizlik üçün tarixi bir irəliləyişdir və ABŞ-a sürətlə inkişaf edən texnologiyalar sahəsində üstünlük təmin edəcək", - deyə o bildirib.
Daha əvvəl Ağ Ev 2027-ci ildə ABŞ-ın nüvə kompleksinin maliyyələşdirilməsi üçün Pentqonun büdcəsinin artırılmasını tələb etmişdi. Amerika administrasiyasının sənədində qeyd olunur ki, belə tədbirlər ABŞ-ın düşmənlərinə qarşı çəkindiriciliyin qorunması üçün zəruridir.
Mart ayında ABŞ Müdafiə Nazirliyi Ağ Evdən İrana qarşı hərbi əməliyyat üçün 200 milyard dollardan çox vəsait ayrılmasını razılaşdırmağı xahiş edib.
Almaz Həsənli




















































































