Tramp Zelenski ilə görüşün çox yaxşı keçdiyini bildirib

Tramp Zelenski ilə görüşün çox yaxşı keçdiyini bildirib

10:23
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşünün çox yaxşı keçdiyini bəyan edib.

Oxuməni. az xəbər verir ki, bu barədə ABŞ prezidenti özünün "Truth Social" sosial şəbəkəsində yazıb.

Trampın qeyd etdiyi kimi, görüş zamanı o və Zelenski bir çox məsələləri müzakirə ediblər.

"Ukrayna prezidenti Zelenski ilə görüşmək mənim üçün böyük şərəfdir. Biz bir çox məsələləri müzakirə etdik. Görüş çox yaxşı keçdi", - deyə o bildirib.

Prezident Volodimir Zelenski isə öz növbəsində bildirib ki, Ağ Evdə ABŞ prezidenti ilə görüşdə "Patriot" sistemləri üçün ələ keçirici raketlərin istehsalına dair lisenziyaları və "kömək edə biləcək bəzi digər ideyaları" müzakirə edib.

Ukrayna və ABŞ liderlərinin görüşü qapalı qapılar arxasında, media nümayəndələri olmadan keçirilib. Prezidentlər ictimai bəyanatlarla çıxış etməyiblər. Zelenski Ağ Evdə bir saatdan çox vaxt keçirib.

KİV-in məlumatına görə, prezidentlər müharibəyə son qoymaq üçün diplomatik səyləri və Trampın xüsusi nümayəndələrinin Kiyevə mümkün səfərini müzakirə ediblər.

Almaz Həsənli