Litva Rusiyanın hücumu təhlükəsi ilə bağlı təxliyə planları hazırlayır
Litva Rusiyadan mümkün təhdidlərlə bağlı müxtəlif ssenarilər üçün təxliyə planları hazırlayıb. Oxuməni.az xəbər verir ki, bu barədə Baş nazir Mindauqas Sinkeviçus BBC-yə verdiyi müsahibədə deyib.
Onun sözlərinə görə, litvalılar Rusiyadan "daimi təhlükə" hiss edirlər. Səbəblər arasında o, xüsusilə Rusiya dronlarının ölkənin hava məkanını pozması hallarını qeyd etdi. Eyni zamanda, baş nazir Litvanın birbaşa hücum halında təslim olmağı planlaşdırmadığını vurğuladı. Sinkeviçus bildirib ki, "Biz cavab verəcəyik... döyüşə girəcəyik".
O əlavə edib ki, hakimiyyət orqanları böyük tıxacların qarşısını almaq üçün yaşlı insanların şəhərlərdən təxliyəsi də daxil olmaqla müxtəlif ssenariləri araşdırır. Baş nazir vurğulayıb ki, "Biz hər gün deyil, konkret təhdidlərlə üzləşirik, amma onları hiss edirik və bu, bizim üçün real reallıqdır". Sinkeviçus həmçinin bildirib ki, Böyük Britaniyanın müdafiəyə yanaşmasında "düşüncə tərzinin dəyişməsinə" ehtiyacı var, çünki Litva "sərhədə və təhdidin özünə daha yaxındır".
Litvanın mümkün Rusiya hibrid hücumları barədə regiondakı digər ölkələr və müttəfiqləri ilə eyni kəşfiyyat məlumatlarına malik olduğu bildirilir.
Əziz Mustafa




















































































