Türkiyədə məktəb yaxınlığında atışma baş verib, yaralılar var
Türkiyənin qərbindəki Turqutlu şəhərində yerli vaxtla səhər saat 8 radələrində məktəb yaxınlığında atışma baş verib. Oxuməni az xəbər verir ki, bu barədə "Sözcü" nəşri məlumat yayıb.
İlkin məlumatlara görə, məktəbin 15 yaşlı şagirdi tüfənglə atəş açıb.
Nəşrin məlumatına görə, 10 şagird yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır. CNN Turk isə 8 nəfərin xəsarət aldığını bildirir. Yaralıların yaşının 14 ilə 17 arasında olduğu qeyd edilir.
Polis müşahidə kameralarının görüntülərini araşdırdıqdan sonra şübhəli şəxsi müəyyən edib və o, saxlanılıb.
Hazırda məhkəmə və inzibati araşdırma davam edir.
Almaz Həsənli
Digər xəbərlər




















































































