Keçmiş Belqorod meri cəbhədə məhv edildi
Rüşvətxorluğa görə cəza çəkdiyi cəza koloniyasından birbaşa Ukraynaya qarşı müharibəyə gedən Belqorodun keçmiş meri cəbhədə öldürülüb. Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya mediasının məlumatında deyilir.
Belqorodun keçmiş meri və Belqorod vilayətinin keçmiş vitse-qubernatoru Konstantin Polejayev 2015-ci ildən 2019-cu ilə qədər şəhərə rəhbərlik edib. Daha sonra o, bölgənin qubernator müavini olub. 2024-cü ildə məhkəmə Polejayevi 18 milyon rubl rüşvət almaqda günahkar bilib. Hökmə əsasən, o, beş il cəza koloniyasında cəza çəkməli idi.
Hökmün qüvvəyə minməsindən bir müddət əvvəl Polejayev Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzaladı. Daha sonra o, Ukraynaya qarşı müharibəyə getdi. Keçmiş məmur cəbhəyə getdikdən sonra Rusiya apelyasiya məhkəməsi ona qarşı icraatı dayandırdı.
Mediada yayılan məlumatlara görə, keçmiş Belqorod məmuru Ukraynaya qarşı müharibədə cəbhədə həlak olub. Onun ölümünün səbəbləri barədə təfərrüatlar hələ açıqlanmayıb.
Xatırladaq ki, Üçüncü Ordu Korpusu tərəfindən aparılan "Vivaldi" hücum əməliyyatı şimali Donetsk bölgəsində davam edir.
Daha əvvəl Ukrayna qoşunları işğalçıları Srednee kəndindən itkisiz çıxararaq kəndi tamamilə təmizləyib və nəzarəti ələ keçirib.
Bu arada, son bir həftə ərzində korpusun döyüşçüləri şimali Donetsk bölgəsinin daha bir neçə ərazisində irəliləyiblər, baxmayaraq ki, azad edilmiş bəzi kəndlər taktiki səbəblərdən hələ açıqlanmır.
Əziz Mustafa




















































































